Bu gün futzal üzrə Birinci Liqanın XII turu çərçivəsində keçirilən “Timsport” – PFL oyununda PFL komandası meydana pankartla çıxıb.
Presssport.az xəbər verir ki, komanda üzvləri “Tez sağal, kapitan!” sözləri yazılan pankartla hazırda müalicəsini Türkiyədə davam etdirən kapitan Elxan Səmədova mənəvi dəstək olublar. Bundan başqa, PFL üzvləri ilk qoldan sonra E.Səmədovun geyindiyi “10 nömrəl”i formanı nümayiş etdirməklə qolu ona həsr ediblər.
Oyun PFL-in 15:4 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, PFL prezidenti olan E.Səmədov qurum rəhbərliyi ilə dekabrda avtomobil qəzasına düşəndən sonra hazırda Türkiyənin İzmir şəhərində müalicə olunur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC