Rusiyalı baş məşqçi Murad Musayevin istefasından sonra "Sabah"ı növbəti oyuna kimin çıxaracağı bəlli olub.
Bu barədə Presssport.az-a məlumat verən klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov komandanı Premyer Liqanın XIX turunda "Turan Tovuz"la ev matçına idman direktoru İqor Ponomaryov hazırlaşdıraraq çıxaracğını söyləyib.
Həmidovun sözlərinə görə, hələlik məlum olan yalnız budu. Hazırkı durumun nə vaxta qədər davam edəcəyi isə hələlik bilinmir.
Musayevin özüylə gətirdiyi köməkçiləri - həmyerliləri Artur Olenin, Vitali Korneyev və fiziki hazırlıq üzrə məşqçi Aleksey Malaxov da gedib. Azərbaycanlı məşqçilər Ruslan Qafitullinlə qapıçılarla işləyən Vitali Kovalyov isə hələ ki əsas komandadırlar.
Fevralın 3-də “Bank Respublika Arena”da keçiriləcək "Sabah" - "Turan Tovuz" matçı saat 17:30-da başlayacaq.
Xatırladaq ki, “Sabah” dünən Musayevlə müqaviləni onun istəyilə pozub. Klubun Müşahidə Şurasının da üzvü olan 64 yaşlı Ponomaryov isə bunadək də baş məşqçi olmayanda bir neçə dəfə komandanı oyunlara hazırlayaraq çıxarıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC