Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Presssport.az xəbər verir ki, iclasda Msli Premyer Liqasının III turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Belə ki "Kəpəz” – “Turan Tovuz” oyununda meydan sahibləri 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib.
"Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahiblərinə 800 manat cərimə kəsilib. Sumqayıtlılar oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə 500 manat da cərimə ödəməli olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC