"Zirə"nin futbolçusu Ceyhun Nuriyev Konfrans Liqasının pley-off mərhələsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransına qatılan yarımmüdafiəçi Kipr təmsilçisinin güclü komanda olduğunu söyləyib: "Həftə boyunca rəqibin oyunlarını təhlil etmişik. İnşallah, sabah hər şey meydanda istədiyimiz kimi gedəcək. Ən yaxşı nəticə ilə Vətənə qayıdacağımıza inanıram. Ümumilikdə isə cütün taleyi Bakıda həll olunacaq".
Xatırladaq ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bundan bir həftə sonra Mərdəkanda gerçəkləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC