Rüstəm Əhmədzadə qrupa düşəcəklərinə inanır: "Omoniya" elə bir komandadı ki, onunla oynamaq və onu keçmək olar"

Konfrans Liqasındakı təmsilçimiz yalnız “Zirə” qalıb. Rəşad Sadıqovun komandası III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubuyla Bakıdakı cavab görüşündə inanılmaz xarakter göstərərək cütün qalibi oldu."Qartallar"ın hücumçusu Rüstəm Əhmədzadə Presssport.az-ın suallarını cavablandırıb.  

  • - Bakıdakı matçdan hansı emosiya ilə ayrıldınız?
  • - Emosiyalar fantastikdi. Ümumiyyətlə, bu planda “karusel” oldu. Sonadək çalışdıq və bərabərlik qoluna imza atdıq. Bundan sonra əlavə vaxtda mənə elə gəlir ki, rəqibi tam üstələdik. Çoxlu imkanımız oldu ki, qolu vuraraq matçın taleyini daha əvvəl xeyrimizə həll edək. Amma hər şey penaltilərə gəlib çıxdı və bunda qalib olduq. Buna biz daha çox layiq idik, vəssalam!
  • - Hələ 30 dəqiqədə uzun, gözəl reydindən sonra qələbə topuna imza ata bilərdin. O gücü hardan aldın? Niyə son nöqtəni qoya billmədin?
  • - Əlbəttə, qoil vurmaq, matçın qəhrəmanı olmaq istəyirsən. Məndən soruşsaydılar ki, hansı sənin üçün önəmlidi - 3 qol vurub mərhələni keçməmək, yoxsa özün fərqlənməyib rəqibi keçəsən, yüz faiz 2-cini seçərdim. Ən vacibi növbəti mərhələyə çıxmağımızdı. Öz üzərimdə işləyirəm ki, qol vurum. 
  • - “Dalğa Arena”nın qazonu çox pis vəziyyətdi və bu, sizin kimi texnikalı futbolçuların oyununa necə təsir göstərirdi?
  • - Bir az vaxt lazımdı ki, belə qazona uyğunlaşasan. Bu, həm bizə aid idi, həm də onlara. Prinsipcə, hər 2 komanda eyni vəziyyətdə idi. Hesab edirəm ki, qələbəyə biz daha layiq idik. 
  • - Yenə oyunsonrası penaltilər seriyası, yenə “lotereya". Bir qorxu yox idi ki, yenə “Şerif”lə matçın aqibətini yaşayasaqsınız?
  • - (gülür) Penalti həmişə 50-50-yədi. Keçən dəfə 50 faiz biz tərəfdə olmadı. Bu dəfə isə bizimki oldu. 
  • - İlk 5 zərbəni vuran futbolçular arasında olmadın. Özünü orda görmürdün?
  • - Baş məşqçi kimlərin penaltiləri vuracağını təyin edir. Siyahıya görə 7-ci zərbəni vurmalı idim, buna da ehtiyac qalmadı.
  • - Ümumiyyətlə, karyeranda penalti vurmusan, yoxsa bununla aran yoxdu?
  • - Yox, vururam, penalti yerinə yetirmək istəyirəm. Ola bilər, baş məşqçi baxır ki, bir az bəxtim gətirmir, hələ ki uzun müddətdi qol vura bilmirəm. Buna görə hesab edir ki, psixoloji planda mənə hələ çətindi, bir az özümü toparlayım, şans tərəfimdə olsun. 1, 2 qol vurum, artıq bundan sonra mənə daha çox etimad göstərilər.
  • - Braziliyalı qapıçınız Tyaqu Silva 4 zərbəni çıxarmaqla oyunun qəhrəmanı oldu. Belə möhtəşəm oyun Avropa, dünya futbolunda da nadir hallarda olur…
  • - O, ağıllı qapıçıdı. Dəqiqliklə incələmişdilər ki, kim zərbələri vuracaq, hansı istiqamətə vuracaq. Üstəlik, bir yaxşı qapıçı kimi hissiyyatı var. Keçən mövsüm də hamı onun ustalığını gördü, bu mövsüm də hamı bunu müşahidə edir. Tyaquya görə şadam.
  • - Penaltilər seriyasında üzücü məqam odur ki, qapıçınız hər dəfə penaltini dəf etdikcə azərbaycanlı oyunçular zərbəni boşa verirdi. Səncə, niyə belə olur? Bizdə braziliyalılarınız kimi soyuqqanlılıq çatmır, yoxsa nədi problem?
  • - Prinsipcə, hər şey bizimkilərdə də var. Sadəcə, son addımı düz etməkdə bir az çatışmazlıq var. Fikrimcə, bir az da artırsan, hər şey yaxşı olacaq.
  • - Həftədə 2 dəfə oynamalı olursunuz. Çətin deyil belə sıx qrafik?
  • - Bəli, çətindi. Lakin avrkuboklarda oynamaq istəyirsənsə, belə rejimə öyrəşməlisən.  
  • - Səmimi olsan, hələ startdan inamınız var ki, pley-offadək gəlib çıxa bilərsiniz?
  • - Bəli-bəli. İnanırıq ki, "Omoniya"ı da keçə bilərik. Qrup öncəsi son dayanacaqdı və burda da uğurlu çıxış edə bilərik. Fikrimcə, "Omoniya" elə bir komandadı ki, onunla oynamaq və onu keçmək olar. Yuxarı-aşağı eyni səviyyədə komandalarıq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC