"Araz-Naxçıvan" yenə 7 qolla qalib gəldi

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti matçına çıxıb.

Presssport.az xəbər verir ki, B qrupunda yer alan Vitali Borisovun komandası Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gəlib.

İsveçin Uddevalla şəhərində keçirilən oyun təmsilçimizin 7:0 hesablı qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, "Araz-Naxçıvan" ilk oyunda Şimali İrlandiyanın “Sparta Belfast” klubuna 7:1 hesabı ilə qalib gəlib. Çempionumuz qrupda son görüşündə avqustun 24-də ev sahibləri - İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. 

Əlavə edək ki, yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

22 avqust

18:00. "Araz-Naxçıvan" -  “Sillamae Silla” - 7:0

Qollar: Amadeu, 4:54, Yaniç, 12:01, Kadinho, 15:54, 25:54, K. Manafov, 24:39, Ü. Əliyev, 32:32, X. Ağalızadə, 34:03

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC