Kiprin “Omoniya” klubunun baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Nikosiyada “Zirə” üzərində qazanılan qələbəni (6:0) şərh edib.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, litvalı mütəxəssus evdəki belə böyük hesablı qalibiyyətə baxmayaraq, cavab görüşünə də ciddi hazırlaşmaq lazım olduğunu söyləyib:
“Qarşılaşmanın ilk 30 dəqiqəsi “Zirə”yə qapımıza yaxınlaşmağa, nəfəs almağa imkan vermədik. Fantastik qələbə qazandıq və buna görə hamını təbrik edirəm. Yaxşı komandaya qarşı oynasaq da, hesab daha böyük ola bilərdi. Eynilə ciddi qəbul edilməli olan cavab oyunu da var. Başladığımız işi başa çatdırmaq üçün bir həftə ərzində uğurla oynamalıyıq”.
Dambrauskas Bakıda da qalib gəlmək istədiklərini gizlətməyib: “Komandanın bütün son nəticələrinin arxasında oyunçular dayanır - onların oyunlara yanaşması və mentalitetini qeyd edərdim. Əla əhval-ruhiyyədəyik. Hər dəfə qalib gələ bilməyəcəksiniz”.
Xatırladaq ki, “Zirə” Nikosiya təmsilçisini avqustun 27-də Mərdəkanda qonaq edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC