“Turan Tovuz”un futbolçusu Budaq Nəsirovu əsas komandadan kənarlaşdırılıb.
Bu haqda Presssport.az-a danışan tovuzluların baş məşqçisi Ayxan Abbasov buna səbəb kimi təcrübəli futbolçunun əvəzedici heyətdə olarkən komanda yoldaşını vurmasıyla bağlı insidentin olduğunu söyləyib: "Xoşagəlməz olaydı. Futbolçuyla telefonla danışdım.
Budaq əvəzlənəndən sonra komanda yoldaşıyla sözləri nəsə çəp gəlib. Bu zaman hələ oyun gedirmiş, 70-ci dəqiqə olub. Nəsirovu əsas komandadan uzaqlaşdırmışıq. Bu hadisə heç kim üçün bağışlanmır. İnşalalh, 2-3 günə Budaqın taleyinə aydınlıq gələcək. Burda söhbət ümumiyyətlə, klubdakı gələcək taleyinə təsir göstərməkdən gedir".
Maraqlıdı ki, “Turan Tovuz-2” "Səbail"-2" ilə həmin ev matçında 5:1 hesabıyla qalib gəlib. Amma Abbasovun uzun fasilədən sonra futbola qaytararaq əsas komandaya cəlb etdiyi, şans verdiyi 28 yaşlı Nəsirov komanda yoldaşı olan qapıçı Elxan Qasımovla təcüvüzkar davranışa - bir-birlərini vurduqlarına görə baş hakim Səbuhi Byarmov tərəfindən birbaşa qırmızı vərəqəylə cəzalandırılıb. AFFA İntizam Komitəsinin qəraıyla hər 2 futbolçuya 4 oyunluq cəza, kluba isə hər birinə görə 300 matalıq cərimə kəsilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC