“Yeni komandayıq və hələ ki qələbə qazanmağımızda əsas səbəb budu. Hər məşqdə çalışırıq ki, daha çox işləyək, daha tez uyğunlaşaq bir-birimizə. Oyunda istəyirik ki, xətlər arasında əlaqəni bərpa edək. Misal üçün "Araz-Naxçıvan"la matçda 2 qol imkanımız oldu, yararlana bilmədik. Rəqib isə əlinə düşən bir fürsətdən istifadə elədi. Bu, futboldu, belə hallar olur".
Bu fikirləri Presssport.az-a açıqlamasında “Şamaxı”nın yeni transferi Belajdi Pusi deyib.
O, yeni klubunun yeni mövsümdə hədəfləri haqda danışıb: “Əsas məqsədimiz hər oyundan oyuna xal yığmaq və meydanda vuruşmaq, yaxşı oyun göstərməkdi. Amma uğursuzluğa görə moralımızı aşağı salmaq deyilik. Əksinə, daha yüksək əhval-ruhiyyədə növbəti oyuna hazırlaşmışıq. Çalışırıq ki, hər arxada qalan oyunu unudub növbətisinə köklənək və daha yaxşı nəticələr əldə edək. Rəqibin kimliyinə baxmırıq, meydana çıxanda çalışırıq ki, öz oyunumuzu, istədiklərimizi edə bilək”.
Pusinin sözlərinə görə, Tovuzdan sonra Şamaxıda özünü çox yaxşı hiss edir: “Azərbaycana artıq uyğunlaşmışam. Burda da həmişə məmnun edir, özünü çox xoşbəxt hiss edirəm”.
Belajdi “Turan Tovuz”dan sonra onu digər bölgə klubuna da gətirən baş məşqçisi Ayxan Abbasov haqda xoş sözlər ifadə edib: “Azərbaycanda ilk baş məşqçim idi və ona təşəkkür edirəm ki, mənə inandı, bura da gətirdi. Mən də bu müddət ərzində ondan çox şey öyrənmişəm. Çalışacam ki, Abbasovun öyrətiklərini meydanda göstərim, ona və komandaya yaxşı nəticələr qazandırım. Əslində, yay fasiləsində başqa varinatlarım idi. Lakin məncə, ən düzgün seçimimi etmişəm və bu mövsüm ”Şamaxı"yla yaxşı şeylər edəcəyik".
26 yaşlı albaniyalı hücumçudan cari mövsümə çox yaxşı başlayaraq vahid lider olan sabiq klubu da soruşduq: “Bəli, ”Turan Tovuz”u da izləyirəm, çünki orda dostlarım oynayır, eyni zamanda azarkeşlərinə də hörmətim var. Məncə, orda çox şey dəyişməyib. Taktika eynidi, futbolçuların çoxu eyni taktikayla oynayır".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC