"Dinamo" Julio Romaonun transferi üçün 2,5 milyonluq təklif göndərib - "Qarabağ" isə...

“Dinamo” Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan “Qarabağ”dan futbolçu transfer etmək istəyir.

Presssport.az xəbər verir ki, Zaqreb təmsilçisi Julio Romaonu heyətinə qatmaqda maraqlıdı.

Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Belə ki, "Dinamo" 26 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisi üçün "Qarabağ"a 2,5 milyon avroluq təklif göndərib. Ağdam təmsilçisi isə futbolçunu 5 milyon avrodan aşağı satmağı düşünmür.

Xatırladaq ki, "Qarabağ" Julionu 2022-ci ilin yayında Portuqaliyanın "Santa Klara" klubundan transfer edib. Orta xətt oyunçusu ağdamlıların heyətində keçirdiyi 98 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Romaonun klubla müqaviləsi 2026-cı ilin yayınadəkdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC