Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo gələcək planlarından danışıb.
Presssport.az xəbər verir ki, 39 yaşlı hücumçu karyerasını ərəb klubunda başa vurmaq istədiyini deyib:
"Karyeramı yaxında, yoxsa 2-3 il sonra başa vuracam, bilmirəm. Böyük ehtimalla karyeramı "Əl-Nəsr"də bitirəcəm. Səudiyyə Ərəbistanı çempionatında oynadığım üçün çox xoşbəxtəm və çıxışımı davam etmək istəyirəm".
Ronaldo karyerasını başa vurduqdan sonra məşqçi olmayacağını vurğulayıb: "Gələcəyimi məşqçi kimi görmürəm. Özümü futboldan başqa sahələrdə görürəm. Amma gələcəkdə nə baş verəcəyini yalnız Tanrı bilir".
Xatırladaq ki, Kriştiano 2022-ci ilin dekabrından "Əl-Nəsr"in futbolçusudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC