Kiprin "Omoniya" klubunun baş məşqçisi Valdas Dambrauskas çempionatın açılış turunda “Etnikos Axna” üzərində qazanılan qələbəni (3:0) şərh edib.
Presssport.az xəbər verir ki, litvalı mütəxəssis həmçinin Konfrans Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin "Zirə" ilə görüşlərinə də toxunub:
"Bir neçə gün əvvəl "Zirə" ilə oyunda çox enerji sərf etmişdik. Sürətli oynamaq və üstün olmaq istəyirik. “Etnikos”la görüşdə ehtiyacı olan futbolçulara fiziki formalarını yaxşılaşdırmaq üçün vaxt verdik. Ən əsası odur ki, 3 xal qazandıq. Biz isə Azərbaycana işi başa çatdırmaq üçün gedirik".
Xatırladaq ki, “Zirə” ilk matçda Nikosiyada “Omoniya”ya 0:6 hesabıyla uduzub. Bakıdakı avab qarşılaşması avqustun 29-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC