"Dinamo"nun futbolçusu Sami Mmae Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.
Presssport.az xəbər verir ki, mərakeşli mərkəz müdafiəçisi əvvəlcə sabahkı görüşlə bağlı gözləntilərini bölüşüb.
- Rəqib komanda doğma evində oynayır. Bu oyun bizim üçün çətin keçəcək. Bütün diqqətimiz və fokusumuz matçı yaxşı səviyyədə keçirməkdi ki, növbəti mərhələlərə addım ata bilək.
- Ötən mövsüm "Dinamo" PAOK və "Sparta"ya böyük hesabla uduzmuşdu. Sabahkı oyunda belə mənzərəni təsəvvür edirsiniz?
- Özümüzə inanırıq. Gücümüzün olduğunu düşünürük. Həmin oyunlarda iştirak etməmişəm.
- "Ferentsvaroş"un heyətində "Qarabağ"a qarşı oynamısınız. Sabahkı atmosferin necə olacağını gözləyirsiz?
- Bəli, həmin matçı xatırlayıram. Oyun çətin keçmişdi. Azarkeşlər tərəfindən "Qarabağ"a güclü dəstək var idi. Sabahkı oyunda da bunu gözləyirik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC