Yakiroviç Emreliylə sağollaşmaqlarında heç bir pis səbəb olmadığını açıqladı: "Bakıda niyyətimiz daha da irəli getməkdi"

Xorvatiyanın "Dinamo" klubu Çempionlar Liqası pley-off məthələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Presssport.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşıdakı görüşlə bağlı danışıb.

- İlk matçda 3:0 qalib gəlməyimizə baxmayaraq, bu oyuna çox ciddi şəkildə hazırlaşmışıq. Rəqibimiz çox güclüdü. Onların hazırlıq səviyyəsi kifayət qədər yüksəkdi. Bütün bunları nəzərə alaraq, əsasən müdafiəni gücləndirmək şərtilə, oyunçuların hazırlıq səviyyəsinin yüksək formada olmasına çalışmışıq.

- Sabah təyyarənin havaya qalxması üçün 90 dəqiqə nəzərdə tutulub, yoxsa penaltilər seriyası da nəzərə alınıb?

- Bunun üçün konkret vaxt nəzərdə tutulmayıb. Oyunun gedişatından asılı olaraq görəcəyik.

- Hesab edirsinizz ki, "Maksimir"dəki nəticə ədalətli deyildi?

- Nəticənin ədalətli olub-olmaması kimi şərh verə bilmərəm. Matçda daha çox ona baxırıq - rəqib bizim üçün nə qədər şans yaradır ki, onların qapısına daha çox qol vuraq. Ya da rəqib tərəfdən belə olmasına fikir veririk. Nəticə də yaranan vəziyyətlədən asılı olur. 

- "Qarabağ" "Ludoqorets"ə evdə uduzdsa da, səfərdə qalib gələrək rəqibin baş məşqçisini istefaya göndərdi. Qorxmursuz ki, sabah da siz böyük hesabla uduzasınız və istefaya göndəriləsiniz?

- Həmin məşqçinin istefası barədə məlumatım yoxdu. Böyük ehtimalla artıq təqaüd yaşı çatdığına görə istefa verib. Mənimsə elə fikrim yoxdur. Bu komanda ilə yeni başlamışam və iddialıyam. Yaxşı nəticələrin olacağına inanıram. Komanda ruhumuza, oyunçulara güvənirəm. Belə halın yaşacağını qətiyyən düşünmürəm.

- Yaxın keçmişdə Mahir Emrelini sərəncamınızda görmək istəmədiniz və millimizin hücumçusu komandadan ayrıldı. Buna səbəb nə idi? 

- “Dinamo” 1 ildir ki, baş məşqçiyəm və bu müddət ərzində Emrelinin potensialını görməyə vaxtım oldu. Lakin qışdakı zədəyə görə yazda oyunlara çıxa bilmədi. Daha sonra zədə yaya qədər uzandı. Nəticədə bir çox oyunda iştirak edə bilmədi. Onun da bəxti gətirdi ki, "Nürnberq"ə transfer oldu. Mahirlə sağollaşmağımızda heç bir pis səbəb yox idi. 

- Bakıya hansı nəticə üçün gəlmisiniz?

- Daha da irəli aparacaq nəticəni əldə etmək üçün gəlmişik. Heç-heçə, qalibiyyət, məğlubiyyət kimi adlandıra bilmərəm. Niyyətimiz daha da irəli getməkdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC