Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilən təlim-məşq toplanışında 2-ci yoldaşlıq görüşünü keçirib.
Presssport.az xəbər verir ki, yığmamız növbəti dəfə Belarusla üz-üzə gəlib.
Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb.
Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurub.
Tərəflər arasında bir gün əvvəl keçirilən qarşılaşmada Belarus yığması 4:2 hesabı ilə qalib gəlib.
Onu da bildirək ki, yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında avqustun 1-dən təlim-məşq toplanışında olan yığmamızın hazırlığı ayın 31-dək davam edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC