Yon Dal Tomasson Bakıya 24 futbolçu gətirəcək

İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk 2 turunda Azərbaycan və Estoniya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Presssport.az xəbər verir ki, baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də isə Solnada Estoniyaya qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.

Qapıçılar: Viktor Johansson, Kristoffer Nordfeldt, Jakob Widell Zetterström;

Müdafiəçilər: Ludwig Augustinsson, Alex Douglas, Gabriel Gudmundsson, İsak Hien, Emil Krafth, Ken Sema, Carl Starfelt, Linus Wahlgren Egnell;

Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lucas Bergvall, Jens Cajuste, Anthony Elanga, Niclas Eliasson, Viktor Gyökeres, Alexander İsak, Dejan Kulusevski, Hugo Larsson, Sebastian Nanasi, Gustaf Nilsson, Anton Saletros, Mattias Svanberg.

Qeyd edək ki, Azərbaycan – İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC