Gimnastlarımız “Plovdiv Cup” beynəlxalq turnirində iştirak edəcək

Azərbaycan gimnastları Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “Plovdiv Cup” beynəlxalq turnirində iştirak edəcək.

Presssport.a Azərbayca Gimnastika Federasiyasının mətbua xidmətin istinadən xəbər verir ki, məşqçi Marian Kolevin rəhbərliyi altında aerobika gimnastikası üzrə böyüklərdən ibarət komandanın heyətində Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlüklər arasında mübarizə aparacaq.

Mədinə Mustafayeva, Vladimir Dolmatov, Dilarə Qurbanova, həmçinin Xədicə Quliyeva, Leyla Bejanova və Arzu Ağayeva isə "üçlüklər"də öz bacarıqlarını nümayiş etdirəcək.

Adıçəkilən gimnastlar fərdi çıxışlarda da qüvvələrini sınayacaq.

Yarışda ölkəmizi hakim qismində Lalə Hüseynova təmsil edəcək.

Turnir avqustun 30-dan sentyabrın 1-dək keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC