Azərbaycanı "Plovdiv Cup"da təmsil edəcək gənc gimnastlar müəyyənləşib

Azərbaycanın gənc gimnastları Bolqarıstanda keçiriləcək aerobika gimnastikası üzrə “Plovdiv Cup” beynəlxalq yarışında iştirak edəcək.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmizi turnirdə məşqçi Mariyan Kolevin rəhbərliyi altında Məryəm Topçubaşova (fərdi), Sara Əlixanlı (fərdi), Sənəm Kazımova (fərdi), Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskaya "üçlüy"ü təmsil edəcək.

Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Sara Əlixanlı həmçinin qrup şəklində də bacarıqlarını göstərəcək.

"Plovdiv Cup"da Azərbaycanı hakim kimi Lalə Hüseynova təmsil edəcək.

Beynəlxalq turnir 30 avqust və 1 sentyabrda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC