"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze "Cəbrayıl"a 4:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcü mütəxəssis qazon amilini qabardıb: "Yoldaşlıq oyunu idi. Əlbəttə ki, nəticə olaraq razı qaldım. Meydan amilinin bizə çətinlik yaradacağını bilirdik. Buna baxmayaraq, öhdəsindən gəlməyi bacardıq, meydanda istədiyimi görə bildim. Lakin yenə də üzərində işləməli olduğumuz məqamlar var. Yoldaşlıq oyunları da məhz bunun üçündü ki, hansı detal üzərində işləməli olduğunu görə biləsən. Nəticə etibarilə komandamdan razı qaldım, hər şey istədiyimiz kimi oldu".
Xatırladaq ki, matç Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda keçirilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC