Paris-2024: Azərbaycan Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Presssport.az xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançımız türkiyəli Can Özcanla qarşılaşıb.

Rəqibinə qalib gələn 18:23 hesabı ilə məğlub olan Zeynalov qızıl medal qazanmaq şansını itirib.

Bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanann Sabir 3-cü yer uğrunda döyüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib. Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Bununla da Azərbaycan Paris-2024 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Xatırladaq ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC