“Əlbəttə ki, istəyərəm A millidə oynayım, ordan dəvət alım, təlim-məşq toplanışında olum”.
Bu sözləri Presssport.az-a açıqlamasında Bolqarıstanın "Arda" klubunda çıxış edən millimizin üzvü Cəlal Hüseynov deyib.
Əsas yığmamızın portuqaliyalı yeni baş məşqçisi Fernandu Santuş bu gün AFFA-nın inzibati binasında mətbuat konfransı keçirərək UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda İsveç və sentyabrın 8-də Koşitsedə Slovakiya yığmaları ilə oyunlar üçün heyəti də açıqlayacaq. Əsasən U-21 yığmamıza cəlb olunan Cəlal da adının bu siyahıda olmasını arzulayır: “18 yaşında da A millidə oynamışam, indi də oynayan bilərəm. Sadəcə, dəvət lazımdı və əlbəttə ki, bunu gözləyirəm. Yenə də baş məşqçinin qərarıdı. Necə olursa-olsun, fərq eləmir - istər U-21, istərsə də əsas yığma. Lakin əlbəttə ki, ürəyimdəm A millisi keçir”.
Xatırladaq ki, 21 yaşlı Hüseynov 2-ci mövsümdü legioner həyatı yaşayaraq, “Arda”nın əsas heyət üzvlərindən sayılır. Gənc mərkəz müdafiəçisi əsas yığmada 2021-ci ildə italiaylı sabiq baş məşqçimiz Canni de Byazinin vaxtında debüt edərək, ümumilikdə 5 oyuna çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC