Tennisçilərimiz "Sea Breeze Padel Cup"ın ilk mərhələsində 2-ci yeri tutub

Azərbaycanın padel tennisçiləri Tamerlan Əzizovla Yusif Rzayev "Sea Breeze Padel Cup" beynəlxalq turnirinin ilk mərhələsində 2-ci yeri tutub.

Presssport.az Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya, Bolqarıstan, Ukrayna və Böyük Britaniyadan olan iştirakçılar qoşulub.

32 nəfərin qatıldığı yarışda Bolqarıstandan olan Vasil Mladenov - Kirill Dimitrov cütü çempion olub. Türkiyədən olan Dəniz Gürsoyla Şimşək Başaran isə 3-cü yeri tutub.

Mükafatçılara diplom və medallar təqdim olunub.

Onu da bildirək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnirə sentyabrın 1-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC