Paris-2024: Azərbaycan Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Presssport.az xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançımız finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.

Rəqibinə 15:2 hesabı ilə qalib gələn İmaməddin fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, bu, Azərbaycanın Paris-2024-də əldə etdiyi 2-ci medal olub.Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanmışdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC