Avarçəkmə üzrə tanınmış mütəxəssis Azərbaycana gəlib

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyinin və Beynəlxalq Kanoe Federasiyasının Milli İdman Sistemlərinin İnkişafı layihəsi çərçivəsində avarçəkmə üzrə tanınmış mütəxəssis Aleksandr Nikoronov 2-ci dəfə Azərbaycana səfər edib.

Presssport.az xəbər verir ki, Böyük Britaniyadan gələn qonaq səfəri zamanı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yerli məşqçi və hakimlərə seminarlar keçib.

Seminarda avarçəkmə idmanı növündə son yeniliklər, həmçinin qısa və uzunmüddətli idman strategiyasın hazırlanması mövzuları müzakirə olunub.

Nikoronov Azərbaycanda avarçəkmə üçün uyğun olan su hövzələri ilə də tanış olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC