"Sabah"dan zəng gələndə həyat yoldaşımla məsləhətləşib gəlmək qərarı verdim" - Kurtinaytis

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 13-cü turu çərçivəsində "Sərhədçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, təcrübəl litvalı mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Məşqçi karyeramda böyük fasilə yaranmışdı. "Sabah"dan zəng gələndə həyat yoldaşımla məsləhətləşib gəlmək qərarı verdim. Bakı bu illər ərzində çox dəyişib. Basketbol da inkişaf edib. İndi hər klubda 6-7 legioner basketbolçu var. 18 il əvvəl vəziyyət belə deyildi. Həmçinin yerlilər də çox artırıblar. Bir sözlə, Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var. Bu da məni çox sevindirir”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC