Paris-2024: Azərbaycan Yay Paralimpiya Oyunlarında 2-ci qızıl medalını qazanıb

Azərbaycan paraatleti Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, T12 kateqoriyasında yer alan idmançı uzunluğa tullanma növündə 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal olub. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Parataekvondoçularımızdan İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC