Çimərlik futbolu üzrə 15 yaşadək oğlanlar və 17 yaşadək qızlar arasında Azərbaycan çempionatları keçirilib.
Presssport.az xəbər verir ki, 8 komandanın iştirak etdiyi U-15 oğlanlar çempionatının finalında “Azart” “Baku Football Academy” üzərində 4:1 hesablı qələbə qazanıb.
Turnirin bürünc mükafatına isə “Səbail” yiyələnib.
Fuad Muradov (BFA) 11 qolla çempionatın bombardiri olub. Sirac Quluzadə (“Səbail”) ən yaxşı qapıçı, Yaqub Səmədov (“Azart”) ən yaxşı oyunçu seçilib.
U-17 qızların mübarizəsində “Sabah” çempion olub. “Baku Sporting” 2-ci, “Əhmədli Yunayted” 3-cü yeri tutub.
“Sabah”ın hücumçusu Tərgül Qəniyeva 8 qolla ən məhsuldar oyunçu olub. Nərgiz Ağalıyeva (“Baku Sporting”) ən yaxşı qapıçı, Aylin Kərimova (“Sabah”) ən yaxşı futbolçu adına layiq görülüb.
Sonda qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimində Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın baş məşqçisi Sahib Məmmədov və yığmanın oyunçuları Orxan Məmmədovla Elçin Qasımov iştirak edib. Çimərlik futbolu yarışlarındakı xidmətlərinə görə isə “Qaradağ”ın baş məşqçisi Adil Babayev xususi diplomla təltif olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC