Santuş bizləri səbrli olub sabahı gözləməyi məsləhət gördü: "Kefim pis deyil, yaxşıdı, İsveçin mənfi nöqtələrinə fokuslanmışıq"

Milli komandamız sabah UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakıda isveç yığmasını qəbul edəcək.

Presssport.az xəbər verir ki, yığmamızın yeni baş məşqçisi olan portuqaliyal mütəxəssis Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

  • Bunadək qarşımıza rısmi geyimdə çıxaraü danışmışdınız İlk dəfədir ki, idman dəstində media önünə çıxırsınız və millimizlə işə başladınız. Nələri gördünüz?

- Bu gün ikinci məşqimiz olacaq, artıq biri olub. Məşqdən öncəki iclaslarda millinin zəif nöqtələrini müzakirə etmişik. Oyunçuların texniki olaraq bəzi narazılıqları var, bu barədə müzakirəmiz oldu. Futbolçular özləri də başa düşür ki, çətinliklərimiz olacaq. Amma istək görürəm.

- Əvvəlki konfranslarda daha pozitiv idiniz, indi qayğılı görünürsüz. İlk rəsmi oyundan öncə nə düşünürsüz?

- (gülü) Kefim pis deyil, yaxşıdı. Sadəcə, sabah oyunumuz var və ona hazırlaşırıq. İsveç güclü və ciddi komandadır. Onların yeni baş məşqçisi var. Rəqibin son 4 oyununu izləmişik. Nəyə görə son 4? Ondan əvvəlki oyunlar bizə maraqlı deyil. Çünki digər baş məşqçi idi. İsveçin güclü və zəif nöqtələri var. Onların zəif nöqtələrinə fokuslanmışıq. Bu gün iclasda futbolçularla birlikdə rəqibin bəzi oyunlarını izləmişik. Oyunçularımıza başa salmışıq ki, İsveçin hansı boşluqları var, hücumları necə qarşılayaq və əks-hücuma necə çıxaq.

- Heyəti açıqlayarkən, mətbuat konfransında bildirdiniz ki, futbolçuların fiziki hazırlığı klublarla bağlıdır. Bu da birmənalı qarşılanmadı. Sanki baş verə biləcək uğursuzluğu sığortaladığınız kimi başa düşüldü…

- Onların klubdan gəldikləri fiziki forması yaxşıdı. Heç bir problem görmürəm. Səbrli olun, hər şeyi görəcəksiniz.

- Hər bir komandada lider oyunçu olur. Azərbaycan millisində kimi lider futbolçu kimi seçmisiz?

- Bizdə fərdi olaraq heç kim yoxdu - komanda var.

- Bu mövsüm Nəriman Axundzadəni hansı oyununa görə milliyə cəlb etmisiz?

- Oyunçular haqda individual olaraq heç vaxt danışmıram.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC