"Sumqayıt" rusiyalı baş məşqçiyə tapşırıldı

Baş məşqçisi Teymur Hüseynovla yollarını ayıran “Sumqayıt” basketbol klubunun yeni çalışdırıcısı açıqlanıb.

Presssport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisini yeni mövsümdən etibarən rusiyalı Aleksandr Mixaylov çalışdıracaq.

46 yaşlı mütəxəssis ilk olaraq Kursk və Çelyabinsk “Dinamo”sunda köməkçi məşqçi kimi çalışıb. O, 2016-19-cu illərdə “Tambov”un “sükanı arxası"na keçərəj Rusiya II Liqasının qalibi olub. Daha sonra Mixaylov Maqnitaqorsk “Metallurq”u və “Novosibirsk”i çalışdırıb.

Onun son klubu Rostovun “Peresveta-YFU” klubu olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC