"Qarabağ" Avropa Liqası üçün iştirak ərizsəini açıqladı - Şahruddin...

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni formatda keçiriləcək turnirin 8 matçı üçün sifariş vərəqində 24 futbolçu yer alıb.

Qapıçılar: 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə;

Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 66. Patrik Andrade;

Hücumçular: 11. Emmanuel Addai, 18. Olavio Juninyo, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Görünüdü kimi, siyahıda son transfer olan sabiq "Sabah"lı Aleksey Kaşuk da var. Amma əvəzində zədə üzündən yaşıl meydana dönüşü ən yaxşı halda oktyarda olacaq millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev Liqa mərhələsi üçün sifariş olunmayıb.  

Xatırladaq ki, ilk qarşılaşmasını sentyabrın 26-da səfərdə keçirəcək "Qarabağ" “Tottenhem”lə üz-üzə gələcək. Ardınca Qurban Qurbanovun komandası evdə “Malmö” və “Ayaks”la, səfərdə “Bodo Qlimt”lə görüşəcək. "Lion"u qəbul etdikdən sonra “Elfsborq”un qonağı olacaq Ağdam təmsilçisi son 2 oyununu 2025-ci ildə keçirəcək. “Qarabağ” evdə FCSB, səfərdə “Olimpiakos”la üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC