"Radara düşən" "11-lik"

Azərbaycan Premyer Liqasında XXI turu 11 futbolçu cəza üzündən buraxacaq. 

Presssport.az xəbər verir ki, bunlardan az qala yarısı "Qəbələ"dədi. Belə ki, "qırmızı-qaralar"da müdafiəçilər Ürfan Abbasovla Zurab Oçiqava, yarımmüdafiəçilər Asif Məmmədov, Gilad Abramov və Əyyub Allaş cəzalıdı. Oçiqavayla Allaş qırmızı vərəqənin, digərləri ısə 4-cü “sarı”ya görə vərəqə limitini aşmağın problemini yaşayır. Onlar "Zirə"ylə ev matçını kənardan izləməli olacaq.

“Kəpəz”də də ciddi itkilər var. Belə ki, 3 futbolçu - müdafiəçi Yeqor Xvalko, yarımmüdafiçilər Elmir Tağıyev Mate Kvirkviya vərəqə limiti aşdıqlarına görə cəzalı durma düşüb. Onlar da Qəbələdə meydana çıxmayacaq. Bu, “Araz-Naxçıvan"la ev matçı olacaq.

“Qarabağ” 4-cü sarı vərəqəyə görə sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin xidmətindən məhrumdu. Bu, “Səbail”lə səfər görüşündə olacaq.

“Neftçi"də də milli üzvü olan sol cinah müdafiəçi eyni problem üzündən səfər qarşılaşmasında heyətdə olacaq. Bu, ”Sumqayıt"la səfər oyununu buraxacaq Azər Salahlıdı.
“Sabah"da kapitan Elvin Camalov bu tur olmayacaq. Onda isə problem keçən turda aldığı qırmızı vərəqənin cəzasıdı. Nəticədə adıçəkilən mərkəz yarımmüdafiəçisi ”Turan Tovuz"la öz meydanlarındakı qarşılaşmanı tribunadan izləməli olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC