Azərbaycan milli komandası UEFA Millətlər Liqasının ilk turunda doğma meydanda İsveç yığmasına 1:3 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan sonra keçirilən mətbuat konfransına debüt matçı haqda fikirlərini bildirməklə başlayıb:
- Oyuna hücumlarla başladıq, şanslarımız oldu. Təəssüf ki, həmin epizodlar qolla nəticələnmədi. Sonradan isə müdafiədən oynadıq. İsveç yığması kifayət qədər güclü komandadı. Uşaqlar müdafiədə yaxşı oynamağa çalışdı. Ancaq İsveç bizi sıxırdı. Müdafiədə oynamağımıza baxmayaraq, hücum etmək üçün şans axtarırdıq. Birinci hissənin sonunda bir neçə şansımız oldu ki, qol vuraq. Təəssüf ki, hücumumuz qolla nəticələnmədi. Eyni zamanda penaltini də əldən verdik. İkinci hissədə yaxşı oynadıq. Qol şanslarımız var idi. Hücumları uğurlu sonlandıra bilmədik. Uşaqlar verdiyim tapşırıqları maksimum düzgün yerinə yetirməyə çalışdı. Bəzi səhvlərimiz oldu, rəqib də bunlardan yararlanaraq qollar vurdu. Həvəsdən düşməmişik, görəcəyimiz işlər qarşıdadır. İnanıram ki, kifayət qədər yaxşı nəticələr verə bilərik.
- Penalti zərbəsini vurmaq Ramil Şeydayevin qərarı idi?
- Oyundan qabaq da, penalti olanda da, Emin Mahmudov deyirdim.
- Görmək istədiyinizin neçə faizini gördünüz?
- Hücum oyunumuzdan 100 faiz razıyam. Futbolçular tapşırıqlarımı yerinə yetirdi. Daim qol vurmağa cəhd edirdilər. Müdafiə planında isə 50 faiz razıyam. Əslində, pis deyildik. Sadəcə, müdafiənin təşkilində problem var idi və tez-tez top itirirdik. Azərbaycan millisi 4 səhvə yol verdi, İsveç isə 20 səhvə.
- Heyəti açıqlayanda demişdinizz ki, Azərbaycan millisi ölkənin bayrağı, himni üçün mübarizə aparmalı. Amma bir komanda ki, tam heyətlə himni oxumursa, o komanda necə Azərbaycan üçün mübarizə apara bilər?
- sİzinlə müəyyən mənada razılaşmıram. Hamı qələbə qazanmaq istəyirdi. Oyunçular əllərindən gələni etdil.
- Qapıçı seçimində həlledici amil nə oldu? Millidə ilk rəsmi matçını keçirən Mehdi Cənnətovun çıxışından razı qaldınız?
- Ondan razıyam. Bir çox epizodları qurtardı. Amma bu komanda oyunudu.
- Emin Mahmudovu əvəzləyəndə nəyi dəyişmək istəyirdiz?
- Oyunun gedişatına uyğun dəyişiklik etdim.
- Penalti epizodunda Emin Mahmudovdan topu aldığı üçün Ramil Şeydayevi cəzalandıracaqsınız, yoxsa Eminin özünü?
- Bu, komandadaxili məsələdir. Sabah bununla bağlı müzakirə aparacağıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC