AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Presssport.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Moldova - İsveç oyununun UEFA nümayəndəsi olacaq.
Sentyabrın 10-da Moldovanın Nisporeni şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC