Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sumqayıt”la keçiriləcək matçdan əvvəl "Neftçi"nin heyətində itkilər var.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın 4 futbolçusu səfər oyununda komandaya kömək edə bilməyəcək.
Xorvatiyalı qolkiper İvan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədəli olan fransalı cinah yarımmüdafiəçisi Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır. Asiya Kobokunda milli komandası ilə çıxışını başa vuran Ataa Caber müalicə keçir. Ötən turda sarı vərəqə alaraq cəzalı duruma düşən Azər Salahlı isə bu matçı buraxmalı olacaq.
Xatırladaq ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması sabah saat 15:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC