Cüdoçularımız Avropa çempionatında fərdi yarışı 8 medalla 1-ci pillədə başa vurub

Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında fərdi yarışı 8 medalla 1-ci pillədə başa vurub.

Presssport.az xəbə veri ki, bu gün tatamiyə çıxan idmançılardan Aslan Kotsoyev gümüş, Tuncay Şamil (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafata sahib çıxıb.

Beləliklə, komandamız medal sıralamasında ilk sırada qərarlaşıb.

Xatırladaq ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb. Sentyabrın 8-də komanda yarışı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC