Santuş bu gecə yata bilməyəcək: "Azərbaycanda bir gözəl nümunə var - “Qarabağ”, onlar uzun illər çalışdı və etdi"

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində II turun oyununa çıxıb.

Presssport.az-ın "Misli"nin təşkilatçılığ il bu Koşitseyə ezam olunmuş əməkdaşı xəbər verir ki Slovakiyaya 0:2 hesabıyla uduzduğumuz matçdan sonra yığmamızın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

  • Rəqibi təbrik edirəm, yaxşı oyun göstərdilər. Əlimizdən gələni etdik, sona kimi savaşdıq. Amma təəssüf ki lazım olmayan yerdə top itkilərinə yol verirdik. Rəqib ilk dəqiqələrdən hücumlarla başladı. Slovaklar daim bizi pressinqdə saxlayırdı. Əsas problemimiz oyunda intensivliyin olmamasıdı. Mental düşüncəmizi dəyişməliyik. Bunu komanda olaraq etməliyik.
  • İsveçlə oyunun cəzasını Ramil və Eminə kəsmişdiz?
  • Bu cəza deyildi, taktiki gediş idi
  • Amin Seydiyev oyunda sanki yox idi.
  • Sarı vərəqı aldı və bundan sonra qorxmağa başladı. Mən də məxbur onu dəyişdim. Ona görə deyirəm ki, mental olaraq dəyişmək lazımdı. Məşqdə əladı, ancaq oyunda bunu deyə bilməyəcəm. Bu tək müdafiə xəttinə aid deyil. Ən yaxşı oyunçular Rahil Məmmədov və Aleksey İsayev idi. Olacaq, yenə dəyişəcəyik. Oyunçularımız stres altında oynamağa alışmalıdı.
  • Start heyətində yeni futbolçular daxil etmişdiz. İkinci hissədə Emin Mahmudov istisna olmaqla İsveçlə oyundakı heyətə döndüz.
  • Üç gündən sonra növbəti oyuna çıxırdıq, rəqib də eyni şeyi etmişdi. Məhz buna görə heyətdə dəyişilik etdim.
  • Portuqaliya yığmasından sonra Azərbaycan millisi ilə çalışmaq çoxmu çətindi?
  • Normaldı. Portuqaliya çox güclü futbolçulara sahibdi, onlar kimi çalışsaq, bizlər də bir yerlərə gələ bilərik. Çalışmaq lazımdı, həm mental, həm fiziki. Azərbaycanda bir gözəl nümunə var - “Qarabağ”, onlar uzun illər çalışdı və etdi. Bu Azərbaycanda baş verib, başqa yerdə yox. Məğlub olmağı sevmirəm  Bu gün yata bilməyəcəm, çox pisəm. Amma, bu komandaya inanıram. İnanıram ki, gələcəkdə bu yığmanı müsbət dəyişikliklər edəcəyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC