UEFA Millətlər Liqasının C Liqasının I qrupunun II turunun Slovakiya -Azərbaycan (2-0) matçından sonra millimizin müdafiəçisi Şəhriyar Əliyev Presssport.a-ın "Misli"nin təşkilatçılığı ilə Koşitseyə eza olunmuş əməkdaşının suallarını cavablandırıb.
- İlk hissədə nə alınmadı?
- Təzyiq çox idi. Rəqib erkən qol vurmaq istəyirdi, bunu da etdi. Belə təzyiq olacağını bilirdik.
- Ancaq ikinci hissədə komandamız yaxşı oynadı..
- Bəli, fasilədə baş məşqçimiz Fernandu Santuş bizə dedi ki, rahat oynayın, burda məsuliyyət mənə aiddir.
- Səncə, Bakıda Slovakiyanı uda bilərik?
- Güclü komanda olsalar da, düşünürəm ki, baş məşqçinin dediklərini tam yerinə yetirsək, Bakıda Slovakiyanı uda bilərik.
MEHMAN SÜLEYMANOV, Koşitse
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC