Fərid Qayıbov Qazaxıstanda Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin 8-ci iclasında

Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin 8-ci iclası keçirilib.

Gənclər və İdman Nazirliyindən Presssport.az-a verilən məlumata görə, tədbirdə nazir Fərid Qayıbov da çıxış edərək Basqaldakı iclasın davamının Astanada da uğurla nəticələnəcəyinə inandığını bildirib.

Qayıbov Türk dövlətləri ilə əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə də danışıb. O, Azərbaycanın TDT çərçivəsində bir sıra ortaq layihələri uğurla həyata keçirdiyini, bu cür tədbirlərlə gələcəkdə daha çox və davamlı uğurların birgə qazanılacağına inandığını bildirib.

Nazir çıxışının sonunda həmkarlarını Lənkəranda 2024-cü il üçün “Türk Dövlətləri Təşkilatının Gənclər Paytaxtı”nın bağlanış mərasiminə, eləcə də gələn il Azərbaycanda keçirilməsi planlaşdırılan "Türk Dövlətləri Təşkilatı İdman Könüllülərinin I Forumu"na dəvət edib.

Tədbirdə çıxış edən digər ölkələrin nazirləri bundan öncəki iclasa uğurla ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür ediblər.

Türk dövlətlərinin Olimpiya həmrəyliyindən danışan Özbəkistanın idmanın inkişafı naziri Adxam İkramov Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçularının uğurlu çıxışını da xüsusi qeyd edib və bu münasibətlə həmkarı Qayıbovu təbrik edib.

İclasda Türk dövlətləri arasında gənclər və idman sahələrində əməkdaşlıq, birgə layihələrin icrası və digər məsələlər müzakirə edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC