Bu gün həndbol üzrə Azərbaycan çempionatı start götürür

Bu gün həndbol üzrə XXXI Azərbaycan çempionatına start veriləcək.

Presssport.az xəbər verir ki, yeni mövsümdə 16 komanda mübarizə aparacaq.

Kişilərin yarışında “Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil” və U-17 Buta, qadınların turnirində isə “Azəryol”, “Bakı”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ” və “Təhsil” qalib adı uğrunda yarışacaq.

Onu da bildirək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi çempionatın oyunları “AHF Arena” və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC