“Qarabağ” və Əlcəzair milli komandasının yarımmüdafiəçisi Yassin Benzia Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiya yığması üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Presssport.az xəbər verir ki, təcrübəli futbolçu 77 dəqiqə meydanda olduğu görüşdə yığmasının uğurlu nəticəsi haqda danışıb: "Çətin hava şəraitinə baxmayaraq, ilk hissəni çox yaxşı keçirdik. Amma ən önəmlisi 3 xaldı. Baş məşqçinin göstərişlərinə əməl etdik, onun bizdən hansı oyun oynamağımızı istədiyini anlamağa başlayırıq. Növbəti matçlara hazırlaşmaq üçün vaxtımız var".
Xatırladaq ki, Yassinin millidəki baş məşqçisi olan təcrübəli serbiyalı mütəxəssis Vladimir Petkoviç bu ildən Əlcəzair millisini çalışdırır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC