"Araz-Naxçıvan" - "Kəpəz" matçına giriş sərbəst olacaq

“Araz-Naxçıvan” Misli Premyer Liqasının VI turunda sabah "Kəpəz" ilə qarşılaşacaq. 

Presssport.az xəbər verir ki, “Liv Bona Dea Arena”dakı matç saat 19:30-da start götürəcək. 

“CBC Sport”la canlı yayımlanacaq görüşü stadiondan izləmək istəyənlər üçün giriş sərbəst (biletsiz) olacaq. 

Bu haqda Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb: “Arenada gözləyəcəyik. Gücünüz gücümüzdür!”.

Xatırladaq ki, bu, millilərimizin oyunlarıyla əlaqədar ikihəftəlik fasilədən sonra çempionatda növbəti turun açılış qarşılaşması olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC