Mərdəkanda təşvişli anlar - legioner huşsuz yerdə qaldı, meydana ambulans daxil oldu

Misli Premyer Liqanın VI turunun "Araz Naxçıvan" - "Kəpəz" matçının (1:0) uzatma dəqiqələrində təşvişli anlar yaşanıb.

Presssport.az xəbər verir ki, "Liv Bona Dea Arena"nın görüşün 90+3-cü dəqiqəsində qonaqların mərkəz müdafiəçisi Yeqor Xvalko rəqiblə hava mübarizəsindən sonra yerdə qalıb.

Huşunu itirən belaruslu legioner üçün təcili tibbi yardım maşını meydana daxil olub.

Təxminən 2 dəqiqədən sonra özünə gələn futbolçuya elə ambulansda ilkin tibbi yardım göstərilib.

Onu da bildirək ki, qonaqlar əvəzetmə limitini bitdiyindən Mərdəkandakı oyunu azlıqda başa vurmalı olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC