Diniyev nəticənin çox yaıxnda olduğunu sayır, ilk dəfədir gəncəlilərdən yaxşı söz edir: "Gəncədə xəstəlik tapmışam e… "

"Səbail" Misli Premyer Liqasının VI turunda səfərdə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransına matçı dəyərləndirməklə başlayıb.

- Azarkeşlər üçün yaxşı oyun oldu. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi. “Qarabağ” səviyyəcə liqadakı komandalardan bir baş üstündü. Komandamızın ona qarşı belə dayanması məni sevindirdi. Pis təsir bağışlamadıq. Fərdi səhvlərimiz oldu. “Qarabağ”ı təbrik edirəm, öz komandama təşəkkür edirəm.

- Transferlər gözlənilir?

- Yox. Bir hücumçumuz var idi, onu da itirmişik. Transfer məsələsi bizim üçün bağlanıb. Çalışacağıq ki, bu heyətlə uğur qazanaq.

- Mütəxəssislər deyir ki, “Qarabağ” digər komandalardan bir baş üstündür. Siz də deyirsiz ki, “Qarabağ” kimi komanda olmaq üçün zaman lazımdı. Özünüz də iki ildir ki, “Səbail”dəsiz...

- Bir klubda 8 il işləyə bilərsən, icraçılar olmasa, istəklərinizi həyata keçirə bilməzsiniz. Yüksək səviyyəli futbolçuların alınması üçün yaxşı pullar lazımdı. 10 il bir komandada ola bilərsən, amma futbolçu önəmlidi. Bu mövsüm 10 hissə yaxşı futbol oynamışıq. Məsələyə qlobal baxaq. Futbolçum olmasa, kimlə düzəldəcəm? Bir futbolçu 90 dəqiqə dayanar, qol vurar, vəssalam. 

- Gəncəli futbol veteranları sosial şəbəkələrdə sizə də müraciət ediblər...

- Orda xəstəlik tapmışam e… İlk dəfədir gəncəlilərdən yaxşı söz eşitdim. Maliyyəyə dayanan məsələlərdi. “Kəpəz”də 2 dəfə oynamışam, 2 dəfə məşqçi olmuşam. Gəncəlilər uşaq-muşaq deyillər, futbolu bilirlər. Sponsorun tapılması çox vacibdi. Tək federasiya köməyi ilə komandanı yüksəltmək çətin olacaq.

- Son pillədən sizi 4 xal ayırır. Bunun da gərginliyi var?

- Gərginlik həmişə var. Nəticə bizi sıxır. İnamım çox böyükdü. Uduzursan, oyun yoxdursa, çətindi. Sevindirici haldır ki, oyun var. Nəticə gec-tez gələcək. Komanda yenidən qurulur. 22-23 yaşlı futbolçulardır çoxu. Komanda futbol oynamağı bacarır. Qorxum da yoxdu. Burdan da çıxacağıq. "Neftşi", "Zirə", "Qarabağ”la oynamışıq. Düzgün yoldayıq. Görsəm ki, işlər düz getmir, etiraf edərəm. Nəticələr çox yaxındadı. 

- A milli və U-21 yığmalarımızın durumları haqda nə deyəcəksiniz Samir Əliyev deyir ki, Premyer Liqa məşqçiləri gənc futbolçuları oynatmır...

- Düz deyir. Hamıya bu gün lazımdır. Premyer Liqa komandası oyunçu yetişdirmir. Hər bir məşqçidən nəticə istəyirlər. 3 nəfər yığma üzvü var. Nə edə bilərik? Bacardığım qədər oynadıram. Samir Əliyevlə razıyam. A milliyə gəldikdə, öz fikrimdən çəkinmirəm. Baş məşqçi bütün futbolçuları görməli idi. İki gün məşq edib, iki oyuna çıxdılar. Gördü ki, bu yolu kiminlə gedə bilər. İsveç və Slovakiya ilə pis oynamadıq. İsveç və Slovakiyanı niyə udmalıyıq? İsveçdən çempionatımız, infrastukturumuz üstündür?

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC