Latviyada taekvondo üzrə Riqa açıq birinciliyi keçirilib. G-1 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurlu alınıb.
Presssport.az xəbər verir ki, gənclərdən ibarət komanda “Riqa Open”i 13 medalla başa vurub.
Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kq), Məhəmməd Həsənli (51 kq), Fuad Məhərləmli (55 kq) və Elcan Əliyev (78 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Nərgiz Kazımova (63 kq) və Yunis Hüseynov (68 kq) yarışda 2-ci yeri tutub.
Digər taekvondoçularımızdan Nilufər Borci (49 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Harun Salmanzadə (51 kq), Ziya Həsənli (59 kq), Hüseyn Xudiyev (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medala layiq görülüb.
Onu da bildirək ki, millimiz Bakıya sentyabrın 16-da qayıdacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC