Qriqorçuk üzr istədi: Hər oyundan-oyuna sağlamlığımı itirirəm, elə futbol oynamaq olmaz!"

"Strateji olaraq ilk dəqiqədə qol buraxmaq xoş deyil. Amma bu, futboldu, belə şeylər olur. İstənilən halda, bu gün oynadığımız futbol oynamaq qəbulolunmazdı. Heç bir şey bizi sarsıda bilməz ki, istədiyimiz futbolu oynaya bilməyək".

Presssport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının VI turunun “Zirə” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Milli fasilədə "Neftçi"nin özünə gələcəyini gözləmək olardı. Amma bu gün 90 dəqiqə ərzində epizodunuz da yox idi. Bu futbolla "Qarabağ"la matçda nə gözləmək olar?

- Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda, daha yaxşı oynamalıyıq. Son konfransda da demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim. Buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz!

- "Neftçi" hazırda Premyer Liqada ən az top vuran iki komandadan biridir. Hücum xəttindəki səmərəsizliyi nə ilə izah edərdiz?

- Hamımız görürük ki, hücum xəttində “axsayırıq”. İstədiyimiz kimi çıxış etmirik.

- "Neftçi" uduzduqca, sizin də bu komandada karyeranız sona yaxınlaşır?

- Hər oyundan-oyuna sağlamlığımı itirirəm. Belə futbol oynamaq heç də xoş deyil.

- Sizcə komandanız heç olmasa "Kəpəz"i udmaq potensialındadır?

- Daha yaxşı və başqa futbol oynamaq ehtimalımız da var. Bu gün qol buraxdıq. Məğlub olmağımızın səbəbi ilk dəqiqələrdə buraxdığımız qol ola bilərdi. Amma belə deyil. Məsuliyyəti dərk edərək deyə bilərəm ki, daha ayaxşı oynamaq üçün potensialımız var.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC