Renduliç 1 xala da məmnun qaldıqlarını gizlətməyib: "Bu gün səviyyəmizdən aşağı çıxış etdik"

"Sabah" Misli Premyer Liqasının VI turunda doğma meydanda "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.

Presssportaz xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransına görüşü dəyərləndirməklə başlayıb.

- "Turan Tovuz" həqiqətən də çox yaxşı komandadı. Bu gün səviyyəmizdən aşağı çıxış etdik. İlk yarıda daha səbrli və aqressiv oynamalıydıq. Azarkeşlər bu gün yaxşı oyun izlədi. Hər iki komanda qalib gəlmək istəyirdi. 3 xal qazanmaq istəyirdik. Amma oyundan sonra 1 xala da məmnun olmalıyıq.

- Hesabda önə keçəndən sonra komandanız müdafiəyə çəkildi. Bunun səbəbi nə idi?

- Sizinlə razıyam, lakin belə tapşırıq verməmişdim. Daha çox topa sahib olmaqlarını istəyirdim. Bəzi məqamlarda daha yaxşı oynamalıydıq.

- Qəbul edirsiz ki, müdafiə xəttində problem var?

- Haqlısınız. Amma qola qədər ardıcıl 5 səhvimiz var idi. Təkcə müdafiəçini günahlandıra bilmərik. Yaxşı reaksiya vermədik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC