"Turan Tovuz" Misli Premyer Liqasının VI turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransına oyun haqda düşüncələrini bölüşməklə başlayıb.
- Paltardəyişmə otağında uşaqlara dedim ki, hər iki hissənin ilk dəqiqələrini uduzduq. Amma ümumən xarakter göstərdik. Futbolçularımdan çox razı qaldım.
- Son dəqiqələrdə sayılmayan qolla bağlı fikirləriniz necədir?
- Yan xətt hakimi bildirdi ki, top göydə olanda meydanı tərk edib. Amma videoda görünmürdü. Bu, artıq onun qərarıdı.
- Kapitanınız Şəhriyar Əliyevin yoxluğu necə təsir göstərdi?
- Bəli, onun yoxluğu hiss olunurdu. Amma ümumən uşaqlar öhdəsindən gəldi.
- Bu gün komandanızın oyununa 5 ballıq şkala ilə neçə bal verərdiz?
- Qiymətləndirə bilmərəm. Bəzi problemlər var idi. Yaxşı məqamlar da var, yaxşı olmayan məqamlar da.
- Komandanızdan nə dərəcədə razısınız?
- Tam razıyam desəm, düz olmaz. Amma futbolçular həm məşqdə, həm də oyunda əllərindən gələni edir. Bu, bizi qane edir.
- Qələbələr gəldikcə azarkeşlər artıq çempionluq haqda danışır. Bu, üzərinizdə təzyiq yaratmır?
- Bu, azarkeşlərin təbii istəyidir. Onlara təşəkkür edirik. Futbolçularım hər oyunda daha çox can qoymağa çalışır. Necə alınacağını Allah bilir. Təcrübə onu göstərir ki, komanda bütövləşirsə, nizam-intizamı qoruyursa, onda sürpriz qeydə alına bilər.
- "Turan Tovuz" ötən mövsümlə müqayisədə çox sakit görünür, epizodlara sərt etiraz etmir. Nə baş verdi ki, komanda belə dəyişdi?
- Çalışırıq ki, oyunçularımız nəinki oyunda, hər zaman intizamı qorusun. Bunun üzərində işləyirik. Nizam-intizamı hissələrə bölmək olmaz, bu, bütövlükdə bir anlayışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC