Azərbaycan çempionatları tarixinin 14000-ci qolu vurulub.
Presssport.az PFL-ə istinadən xeber verir ki, bu yubiley Misli Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” görüşünə (2:2) təsadüf edib. Matçdakı 2-ci qol ölkə çempionatlarının 32 illik tarixinə 14000-ci kimi düşüb. Bu topun müəllifi qonaqların futbolçusu Roderik Miller olub.
Yubiley qolu 33 mövsüm ərzində baş tutan 5762-ci oyuna təsadüf edib. Bu qarşılaşmalardan 278-i texniki nəticə ilə yekunlaşıb. 14002 qol 5484 matçda vurulub.
Xatırladaqnki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC