Avropa çempionu karyerasını Azərbaycanda davam etdirəcək

“Gəncə” voleybol klubu daha bir rusiyalı voleybolçu ilə anlaşıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Marina Tuşova ilə 1 illik müqavilə bağlayıb.

Son olaraq Filippinin “Capital1 Solar Spikers” klubunda çıxış edən 19 yaşadək voleybolçular arasında Avropa çempionatının qızıl mükafatçısı Fransanın “Vandoeuvre Nansi”, “İstres” və İsveçrənin “Valtra” klublarının da şərəfini qoruyub. O, öz ölkəsində “Sparta”, “Saxalin”, “Primoroçka”, “Dinamo" (Krasnodar), “Fakel” və digər klublarda forma geyinib.

Xatırladaq ki, “Gəncə” klubu buna qədər yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova, braziliyalı Kerolayn Ferreira Perotto və bolqarıstanlı Nikol Dulevanı heyətinə qatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC