“Neftçi Arena” “Qarabağ”la oyuna niyə hazır olmadı? - "Neftçi" buna aydınlıq gətirdi

Misli Premyer Liqasının VII turunun "Neftçi" - "Qarabağ" matçının yeri dəyişdirilərək, "Neftçi Arena"da yox, qonaqların ev matçlarını keçirdiyi "Azersun Arena"da oynanılacaq. 

Presssport.az xəbər verir ki, buna səbəb “Neftçi”nin stadionunda gedən təmir işlərinin başa çatmamasıdır. 

“Neftçi” oyunun məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. “Ağ-qaralar”ın rəsmi müraciətini, qarşı tərəfin də rəsmi razılığını rəhbər tutan Peşəkar Futbol Liqası müvafiq qərarlar qəbul edib. Belə ki, qərara əsasən, “Nefçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” görüşünün yeri dəyişdirilib.

Bəs, "Neftçi Arena"nın hazır olmamasının səbəbi nədir? Stadiondakı təmir işləri nə vaxt yekunlaşacaq? Bu suallara saytımıza açıqlamasında Bakı təmsilçisinin mətbuat koordinatoru Rüstəm Əfsərli cavab verərək, stadionun böyük ehtimalla VIII turun "Sumqayıt"la matçınadək hazır olacağını qeyd edib: "Bizdə təmir işləri davam edir. Çox ümid edirdik ki, bütün işlər "Qarabağ"la oyunadək yekunlaşar. Amma orda təkcə ot örtüyü dəyişmir. Çünki skamyalar quraşdırılır, VİP oturacaqlar yenilənir. Digər xırda işlər də var. Təəssüf ki, bütün prosesləri tam olaraq çatdıra bilmədik". 

Əfsərlinin sözlərinə görə, təmir işlərində xüsusi bir problemin yaranmayıb, sadəcə, bu zaman 1-2 gün əlavə vaxt lazım ola bilir: "İşlər planlanan kimi gedirdi. Sadəcə, təmir işlərində bəzən fors-major hallar yaranır. Belə hallarda 1-2 gün belə çox önəmli olur. Ot örtüyü normal səviyyədədi, üzərində işlər gedir. Bununla paralel digər işlər də nəzarətimizdədi". 

Xatırladaq ki, “Neftçi” - “Sumqayıt” matçı sentyabrın 28-də saat 19:30-da keçiriləcək.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC